"Rabitəbank" yeni kredit aksiyasına başlayıb

"Rabitəbank" yeni kredit aksiyasına başlayıb Bank komissiyasız nağd pul krediti təqdim edir
Maliyyə
23 İyun , 2015 11:29
Rabitəbank yeni kredit aksiyasına başlayıb

Bakı. 23 iyun. REPORT.AZ/ "Rabitəbank" ASC 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin bütün əməkdaşları və hərbçilər üçün xüsusi aksiyaya başlayıb. Aksiyanın şərtlərinə əsasən, "Rabitəbank"a nağd pul krediti üçün müraciət edən Silahlı Qüvvələrin bütün əməkdaşları komissiya xərclərindən azad edilir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, 0% komissiya xərcləri ilə 10 min dollar məbləğinə qədər verilən nağd pul kreditini əldə etmək üçün Silahlı Qüvvələrin əməkdaşları "Rabitəbank"ın Azərbaycanın əksər regionlarında fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsinin istənilən ünvanına şəxsiyyət vəsiqəsi və iş yerindən arayışı təqdim etməklə faydalana bilərlər.

Aksiya iyulun 3-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi