"Rabitəbank" ölkənin 4 kommersiya bankı ilə bankomat şəbəkəsini birləşdirib

"Rabitəbank" ölkənin 4 kommersiya bankı ilə bankomat şəbəkəsini birləşdirib Bu, "Bank Respublika", "Caspian Development Bank", "Muğanbank" və "Turanbank"dır
Maliyyə
20 Fevral , 2017 14:16
Rabitəbank ölkənin 4 kommersiya bankı ilə bankomat şəbəkəsini birləşdirib

Bakı. 20 fevral. REPORT.AZ/ “Rabitəbank” ASC onun plastik kartına sahib olmuş müştərilərinə vəsaitlərini əlavə olaraq 4 bankda sərfəli şərtlərlə (1%-lik xidmət haqqı ilə) nağdlaşdırmaq imkanı yaradıb.

Bu barədə “Report” banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, bunlar “Bank Respublika”, “Caspian Development Bank”, "Muğanbank” və "Turanbank” ASC-lərdir. Son nəticədə “Rabitəbank”ın bankomat şəbəkəsindəki qurğuların sayı 192-yə çatıb. Bunlardan 131-i Bakıda, 61-i isə paytaxtdan kənarda yerləşir.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi