"Rabitəbank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 11 oktyabr, 2024
  • 15:34
Rabitəbank maliyyə vəziyyətini açıqlayıb

"Rabitəbank" ASC bu ilin yanvar-sentyabr aylarını 19,183 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 42,6 % çoxdur.

9 ay ərzində "Rabitəbank"ın gəlirləri 125 milyon manat (illik müqayisədə 24,2 % çox), xərcləri 101,36 milyon manat (23,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 4,457 milyon manat (2,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 129,075 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 % çoxdur. Bunun 790,957 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,6 % böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 13,3 % artaraq 1 milyard 2,065 milyon manata, o cümlədən depozit portfeli 8,6 % artaraq 689,731 milyon manata, balans kapitalı isə 6,3 % artaraq 127,011 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti