"Rabitəbank"ın “yaşıl” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 14 may, 2024
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 15-də Bakı Fond Birjasında (BFB) "Rabitəbank" ASC-nin “yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Belə ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumatlar:
| Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Ödəmə periodu |
Hərrac tarixi | Tədavül müddəti |
| AZ2005003556 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 100 000 (ədəd) | 100 manat | 9.5% | Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün) |
15.05.2024 | 2 il |
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.