"Rabitəbank" ICD-nin xətti ilə verilən ilk kredit müqaviləsini imzalayıb

"Rabitəbank" ICD-nin xətti ilə verilən ilk kredit müqaviləsini imzalayıb Dekabrın 19-da "Rabitəbank" ASC, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini "Alizadeh" MMC ilə imzalayıb. Bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiy
Maliyyə
19 Dekabr , 2024 18:25
Rabitəbank ICD-nin xətti ilə verilən ilk kredit müqaviləsini imzalayıb

Dekabrın 19-da "Rabitəbank" ASC, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini "Alizadeh" MMC ilə imzalayıb. Bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də İslam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyıb.

Müqavilənin imzalanması "Rabitəbank"ın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekinin, həmçinin "Alizadeh" MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə baş tutub.

Tədbirdə çıxış edən Orhan Gültekin qeyd edib: “Bu kredit müqaviləsi, yalnız "Rabitəbank"ın fəaliyyətindəki mühüm bir mərhələ deyil, həm də ICD-nin Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirmək məqsədinə xidmət edir. "Rabitəbank" olaraq, ölkəmizin maliyyə sistemində yeni imkanların yaranmasına dəstək olmağı və yerli sahibkarların inkişafını təmin etməyi öz vəzifəmiz hesab edirik”.

"Alizadeh" MMC-nin direktoru Kazım Mustafazadə, öz çıxışında “Rabitəbank" ilə imzalanan bu müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini qeyd edib. Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız bizim üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmlidir”.

Qeyd edək ki, "Rabitəbank"ın Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı, Azərbaycanda islam qaydalarına uyğun maliyyə həllərinin genişləndirilməsi və yerli müəssisələrin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm bir addımdır.

Hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Son xəbərlər

Orphus sistemi