"Rabitəbank" ASC bu ilin I rübünün maliyyə göstəricilərini açıqlayıb.
Nəticələrə əsasən, Bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb, rübü 4 milyon 657 min manat xalis mənfəətlə başa vurub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivləri 10,9 % artaraq 1 milyard 198 milyon manata çatıb.
Kredit portfelində müsbət dinamika
Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % artaraq 873 milyon 971 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 22,3% artaraq 403 milyon 249 min manata, o cümlədən, istehlak kreditləri portfeli 23,7 % artaraq 304 milyon 71 min manata, ipoteka kreditləri portfeli isə 17,5 % artaraq 166 milyon 651 min manata çatıb.
Bankda fiziki şəxslərin əmanətləri artıb
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 4,2 % artaraq 469 milyon 485 min manata çatıb.
Faiz gəlirləri yüksəlib
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16,7 % artaraq 31 milyon 137 min manata çatıb.
Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % artaraq 122 milyon 605 min manat olub.
“Rabitəbank” 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.