“Rabitəbank” ASC müştərilərinə etibarlı və rahat qazanc əldə etməyə imkan verən manat və dollar əmanətləri üzrə sərfəli imkanlar təklif edir. Bankın istənilən filialında əmanət hesabı açmaqla, pulunuzu təhlükəsiz şəkildə saxlaya və bununla yanaşı, müəyyən faiz dərəcəsi ilə gəlir əldə edə bilərsiniz.
İstənilən şəxsin minimum 200 AZN ilkin mədaxil edib, 3 aydan 36 ayadək əmanət hesabı açdırması mümkündür. Müştəri öz istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda illik 12%-dək manat əmanəti üzrə faiz gəliri əldə edə bilər. Rabitəbankda yerləşdirilən əmanətlər vergisizdir və Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Bu əmanətçilərin vəsaitlərinin təhlükəsizliyini təmin edir və onlara maliyyə məqsədlərinə nail olmaq üçün daha rahat imkanlar yaradır.
Linkə keçid edərək kampaniya haqqında ətraflı məlumat əldə edə, həmçinin, əmanət kalkulyatoru ilə əmanət yerləşdirmək istədiyiniz məbləğə uyğun faiz gəlirlərini asanlıqla hesablaya bilərsiniz. Qeyd edək ki, kampaniya 31 Yanvar 2025-ci il tarixinədək davam edəcək. Ətraflı:
Hal-hazırda “Rabitəbank” 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.