"Rabitəbank" bu ilin I yarısını mənfəətlə başa vurub

Maliyyə
  • 26 iyul, 2017
  • 09:07
Rabitəbank bu ilin I yarısını mənfəətlə başa vurub

Bakı. 26 iyul. REPORT.AZ/ “Rabitəbank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 667,857 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 50,6% çoxdur.

“Rabitəbank”ın aktivlərinin 28,8%-ni və yaxud 192,589 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 19,2% böyüyüb.

Hesabat dövründə “Rabitəbank”ın cəmi öhdəlikləri 45,5% artaraq 581,778 mln. manata, cəmi kapitalı isə 97,9% artaraq 86,079 mln. manata çatıb.

Bu ilin I yarısında “Rabitəbank”ın faiz gəlirləri 12,121 mln manat (ötən ilin I yarısına nisbətən 22,2% az), faiz xərcləri 7,075 mln. manat (22,4% az), qeyri-faiz gəlirləri 7,804 mln. manat (69,3%), qeyri-faiz xərcləri isə 7,746 mln. manat (6,8% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 5,104 mln. manat olub.

“Rabitəbank” bunun 4,683 mln. manatınə aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına yönəldib və yanvar-iyun aylarını 421 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 88,5 mln. manatdır. Bankın səhmdarları Zakir Əlibala oğlu Nuriyev (Bankın Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev, Seyran Əlibala oğlu Nuriyev (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyeva, Yaşar Feyzi oğlu Qurbanov ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı) və digər fiziki şəxslərdir.

44 filmi