Qlobal kriptovalyuta bazarında "kiçik"lərin yüksəlişi genişlənib

Qlobal kriptovalyuta bazarında "kiçik"lərin yüksəlişi genişlənib "Report": Bitkoinlə digər rəqəmsal valyutalar arasında tərs-korrelasiya yaranıb və bu trend gələn il də davam edəcək
Maliyyə
14 Dekabr , 2017 13:51
Qlobal kriptovalyuta bazarında kiçiklərin yüksəlişi genişlənib

Bakı. 14 dekabr. REPORT.AZ/ Qlobal kriptovalyuta bazarında "Bitcoin"in qiyməti yumşaq şəkildə azalmağa başladığı, daha aşağı kapitallaşmaya sahib olan rəqəmsal valyutaların isə yüksəlmə trendinə girdiyi müşahidə edilir. "Report" xəbər verir ki, dünənlə müqayisədə kriptovalyuta bazarında valyutaların sayı 6 ədəd artaraq 1 355-ə, kriptovalyuta birjalarının sayı isə 31 vahid artaraq 7 399-a çatıb. Kriptovalyuta bazarının kapitallaşması isə 510 mlrd. dollara yaxınlaşıb. Bazarda "Bitcoin"in payı 53,9%-ə geriləyib. Qeyd edək ki, dünən bu göstərici 58%-ə bərabər idi. Əgər bir neçə gün öncə artım ancaq ilk 10-luqda yer alan kriptovalyutaları əhatə edirdisə, dünəndən etibarən əksər valyutalar bahalaşmağa başlayıb.

Dünənlə müqayisədə, "Bitcoin" 3%-dən çox ucuzlaşaraq 16 400 dollara geriləyib. Lakin, ilk 10-luqda yer alan kriptovalyutalardan 7-nin qiyməti artıb, 2-nin isə azalıb. Qiyməti azalan "Litecoin" və "IOTA" son günlər sürətli yüksəliş göstərdikdən sonra, bir qədər fasilə verdiyi bildirilir.

"Report"un analitik qrupu "Bitcoin"in qiymətinin tədricən 12-14 min dollar diapazonuna geriləyəcəyini, əksinə, kiçik kriptovalyutaların bahalaşmağa davam edəcəyini proqnozlaşdırır: "Kriptovalyuta bazarının 2018-ci ilin ilk rübündə 1 trln. dollara çatacağı ehtimal edilir. "Bitcoin"lə digər rəqəmsal valyutalar arasında tərs-korrelasiya yaranıb və bu trendin 2018-ci ildə davam edəcəyi gözlənilir".

Son xəbərlər

Orphus sistemi