Qlobal aktiv alımları tarixi maksimumu yeniləyə bilər

Maliyyə
  • 27 aprel, 2020
  • 13:11
Qlobal aktiv alımları tarixi maksimumu yeniləyə bilər

Qlobal aktiv alım proqramlarının ümumi həcmi bu ilin sonuna qədər 6 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings”in hesabatında məlumat verilib.

Bildirilir ki, koronavirus (COVID-19) pandemiyasının iqtisadi təsirlərini azaltmaq üçün görülən tədbirlər çərçivəsində mərkəzi bankların balans hesabatları "olduqca sürətli" şəkildə böyüyür.

“Bu, çox böyük rəqəmdir. 6 trilyon ABŞ dolları, 2009-2018-ci illər aralığındakı ümumi aktiv alımlarının yarısından çoxdur”, - deyə reytinq agentliyinin direktoru Robert Siyerra bildirib.