Qızılın qiyməti cüzi artıb
Maliyyə
- 20 may, 2022
- 06:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Müxtəlif amillərin təsiri altında qızılın qiyməti cüzi artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,05%, yaxud 1,01 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 842,95 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,23% artaraq, 1 unsiyası 21,985 ABŞ dolları təşkil edib.
İnvestorların bir sıra xarici amilləri qiymətləndirdiyi bir zamanda qızılın qiyməti sabit qalmaqdadır. Bir tərəfdən, Rusiyaya qarşı sanksiyalar, Çində koronavirusun yayılması və bir sıra ölkələrdə inflyasiyanın artması qızıla olan marağı dəstəkləyir.
Digər tərəfdən, möhkəmlənməkdə olan ABŞ dolları qızılın qiyməti üzərində təzyiq yaradır.
Son xəbərlər
17:35
Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
Digər ölkələr
17:18
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Digər ölkələr
17:09
Azərbaycan Basketbol Liqasında III tura start verilib
Komanda
17:02
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Sağlamlıq
16:58
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib
Futbol
16:55
Video
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir
Media
16:45
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır
Digər ölkələr
16:29
Foto
Kamandan oxatma üzrə Superkubok yarışı keçirilib
Fərdi
16:21
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
Xarici siyasət