Qızılın gələn il 1400 dollar /unsiyayadək bahalaşacağı proqnozlaşdırılır
- 04 iyun, 2018
- 07:13
Bakı. 4 may. REPORT.AZ/ Qızılın son iki aydır ardıcıl ucuzlaşmasına baxmayaraq, 2019-cu ildə bahalaşması gözlənilir.
“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, belə bir proqnozla Kanadanın ən böyük maliyyə qurumlarından olan “TD Securities”in əmtəə strategiyasının qlobal meneceri Bart Melek çıxış edib. Onun proqnozuna əsasən, bu ilin son rübündə qızılın qiyməti yüksəlməyə başlayacaq və gələn ilin son rübündə, təxminən, 1 375 dollar/unsiya təşkil edəcək.
Qeyd edək ki, hazırda qızılın bir unsiyası orta hesabla 1 295 dollardır.
Dollardakı bahalaşmadan mənfi təsirlənərək 2011-ci ilin aprelindən indiyədək, təqribən, 5% geriləyən qızılın İtaliyada siyasi gərginliyin və beynəlxalq ticarətə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması ilə birlikdə gələn ilin son rübündə 1400 dollar/unsiya ola biləcəyi də ehtimal olunur.
B.Melekə əsasən, 2019-cu ildə ABŞ dolları müəyyən qədər zəifləyəcək.