Qızıl ucuzlaşır

Qızıl ucuzlaşır ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb. İnvestorlar, həmçinin Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq perspektivlərini qiymətləndirirlər.
Maliyyə
4 Aprel , 2022 09:54
Qızıl ucuzlaşır

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb. İnvestorlar, həmçinin Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq perspektivlərini qiymətləndirirlər.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,3%, yaxud 5,8 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,17% artaraq, 1 unsiyası 24,695 ABŞ dolları təşkil edib.

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 2,375%-dən 2,414% səviyyəsinədək artıb.

Bundan başqa, ABŞ-da əmək bazarı ilə bağlı hesabatın açıqlanması qiymətli metalın dəyərinə təsir edib. Belə ki, fevral ayında 3,8% təşkil etmiş işsizlik səviyyəsi mart ayında 3,6%-ə düşüb. Analitiklər isə azalmanın 3,7%-dək olacağını gözləyirdilər. Bütün bunlar qiymətli metalın qiyməti üzərində təzyiq yaradır.

Son xəbərlər

Orphus sistemi