Qızıl ucuzlaşıb
Maliyyə
- 19 aprel, 2022
- 05:47
Ötən gün bir unsiyasının qiyməti 2 min ABŞ dollar olan qızıl korreksiya çərçivəsində ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,47%, yaxud 9,4 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 977,1 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,61% düşərək, 1 unsiyası 25,988 ABŞ dolları təşkil edib.
Ötən gün qızılın qiymətinin artaraq, 2 min ABŞ dollarını ötməsi ABŞ-da illik inflyasiyanın 1981-ci ildən sonra maksimum həddə - 8,5%-ə çatması ilə izah olunur.
Bundan başqa, qiymətli metalın ucuzlaşması valyuta bazarındakı ralli təsir göstərir. Belə ki, ABŞ dollarının indeksinin 0,17% artaraq, 100,96 bəndə çatması qızılın satınalmalar üçün cəlbediciliyini azaldır.
Son xəbərlər
16:08
Sabahdan rayonlarda leysan yağacaq, şimşək çaxacaq-XƏBƏRDARLIQ
Ekologiya16:04
Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edib
Daxili siyasət16:01
Ekspert: "MİDA-nın bugünkü satışı əlçatan mənzilə yüksək tələbi göstərir"
İnfrastruktur15:58
"Qarabağ" AFFA İntizam Komitəsinin Kadi Borgeslə bağlı qərarından şikayət etməyəcək
Futbol15:56
Mərmərədə batan Türkiyə gəmisinin yeri təsbit olunub
Region15:56
Azərbaycan və Qazaxıstan strateji münasibətlərinin cari gündəliyi müzakirə edilib
Xarici siyasət15:55
Foto
Kadet boksçular arasında Azərbaycan kubokunun qalibləri müəyyənləşib
Fərdi15:47
Ed Milibend: Folklend adaları Britaniyanındır və belə də qalacaq
Digər ölkələr15:45
Foto