Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

Maliyyə
  • 03 fevral, 2022
  • 06:34
Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

ABŞ-da makroiqtisadi göstəricilərlə bağlı zəif statistika açıqlandıqdan sonra dolların ucuzlaşması fonunda ötən gün 0,5% bahalaşan qızıl korreksiya çərçivəsində ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,19%, yaxud 3,4 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 806,9 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,62% artaraq, 1 unsiyası 22,567 ABŞ dolları təşkil edib.

Ötən gün ABŞ dollarının indeksinin 0,5% azalması qızılın eyni səviyyədə bahalaşmasına səbəb olmuşdu. Belə ki, ABŞ dollarının zəifləməsi qızılı digər valyuta istifadəçiləri üçün daha əlçatan edir.

Analitiklər hesab edirlər ki, geosiyasi risklər qızılın qiymətini dəstəkləyən əsas amildir. Buna səbəb bu qiymətli metalın etibarlı aktiv olmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti