Qızıl cüzi ucuzlaşıb

Qızıl cüzi ucuzlaşıb İki günlük qiymət artımından sonra qızıl cüzi ucuzlaşıb.
Maliyyə
2 Fevral , 2022 10:26
Qızıl cüzi ucuzlaşıb

İki günlük qiymət artımından sonra qızıl cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,19%, yaxud 3,35 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 798,15 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,27% artaraq, 1 unsiyası 22,657 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ-da yanvar ayı üzrə işsizliklə bağlı statistikanın açıqlanmasını gözləyirlər. Analitiklər hesab edirlər ki, ölkədə işsizlik səviyyəsi dekabr ayında olduğu kimi 3,9% səviyyəsində qalıb, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı isə 150 min nəfər artıb. İşsizliklə bağlı statistika Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasət ilə bağlı qərarlarına təsir göstərən vacib iqtisadi göstəricidir.

Analitiklərin əksəriyyəti FES-in mart ayında uçot dərəcəsini 0,25-0,5% artıracağını güman edir.

Son xəbərlər

Orphus sistemi