Qazaxıstanda ən iri bankın sanasiyasına 4,5 mlrd. dollar ayrıla bilər

Qazaxıstanda ən iri bankın sanasiyasına 4,5 mlrd. dollar ayrıla bilər "S&P Global Ratings": Ölkədəki hər üç bank kreditindən biri problemlidir
Maliyyə
24 Dekabr , 2016 15:10
Qazaxıstanda ən iri bankın sanasiyasına 4,5 mlrd. dollar ayrıla bilər

Bakı. 24 dekabr. REPORT.AZ/ Qazaxıstan hökuməti ölkənin ən iri bankı - "Kazkommersbank"a 1,5 trln. tenge (4,5 mlrd. ABŞ dolları) həcmində təcili maliyyə yardımı ayıra bilər. "Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, dekabrın 15-dən etibarən "Kazkommersbank" Qazaxıstan Mərkəzi Bankından 400 mlrd. tenge (1,2 mlrd. dollar) borc alaraq öz likvidliyini möhkəmləndirib. "Bloomberg"in digər mənbəsi isə əlavə edib ki, ölkənin ikinci ən böyük bankı sayılan "Qazaxıstan Xalq Bankı" "Kazkommersbank"ın nəzarət paketini əldə etmək üçün görüşmələrə hazır olduğunu bildirib. Lakin bunun üçün o, hökumətin maliyyə vəsaiti ayıraraq "Kazkommersbank"ın maliyyə balansını düzətməsi şərtini irəli sürüb.

Qeyd edək ki, Qazaxıstanın bank sistemi 2014-cü ildən başlayaraq neft qiymətlərinin düşməsi nəticəsində çətin vəziyyətlə üzləşib. Həmçinin, ölkənin bank sisteminə Rusiyadakı iqtisadi çətinliklər də mənfi təsir göstərib. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin hesabatına görə, Qazaxıstandakı hər üç bank kreditindən biri problemlidir.

Son xəbərlər

Orphus sistemi