Qazaxıstanda dollar ucuzlaşır
Maliyyə
- 02 dekabr, 2016
- 07:29
Bakı. 2 dekabr. REPORT.AZ/ Qazaxıstanın milli valyutası - tenge bu gün, dekabrın 2-də ABŞ dolları ilə müqayisədə möhkəmlənərək 1 dollar üçün 334 tenge təşkil edib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fond Birjası (KASE) məlumat yayıb.
Məlumata görə, noyabrın 30-da KZT/USD məzənnəsi 342 təşkil edib və beləliklə, tenge son iki gündə 2,25% möhkəmlənib. Xatırladaq ki, dünən, dekabrın 1-də Qazaxıstanda qeyri-iş günü olub.
Bununla yanaşı, bugünkü valyuta hərracında satış həcmi noyabrın 30-u ilə müqayisədə 57,4% artaraq 57 mln. dollara çatıb. Qazaxıstan milli valyutasının möhkəmlənməsi qlobal əmtəə bazarlarında neftin qiymətinin son iki gündə 10%-dən çox artması ilə bağlıdır.
Son xəbərlər
12:00
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Daxili siyasət11:57
Azərbaycanda külək enerjisinin istehsalı 22 dəfəyə yaxın artıb
Energetika11:54
Dövlət Agentliyi "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklikləri şərh edib
Biznes11:53
Rövşən Nəcəf: "İnsanlar süni intellektsiz də nəsə etməyi bacarmalıdır"
İKT11:51
Cari il uşaq evinin 28 sakini tələbə adını qazanıb
Sosial müdafiə11:48
Emin Əmrullayev: PISA nəticələrimiz riyaziyyat sahəsində harada olduğumuzu çox yaxşı əks etdirir
Elm və təhsil11:47
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 82 ölkə qeydiyyatdan keçib
Fərdi11:40
Foto
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Xarici siyasət11:38