Qara Dəniz Ticarət və İnkişaf Bankı kredit portfelini 2 dəfəyədək artıracaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı kredit portfelini 2 dəfəyədək artıracaq Ticarətin maliyyələşdirilməsinə ayıracağı xərcləri isə Bank 3 dəfəyə qədər artırmaq niyyətindədir
Maliyyə
14 Oktyabr , 2020 16:20
Qara Dəniz Ticarət və İnkişaf Bankı kredit portfelini 2 dəfəyədək artıracaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) qarşıdakı 2 ildə ticarətin maliyyələşdirilməsinə ayıracağı xərcləri 3 dəfəyə qədər artırmaq fikrindədir.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, hazırda bu sahə Bankın investisiya portfelində 5%-lik paya malikdir.

BSTDB-nin planlarına görə, 2022-ci ilə bu rəqəm 10-15% civarına qədər artacaq.

Bundan əlavə, Bank 2022-ci ilə qədər kredit portfelini 2,049 mlrd avroya çatdırmağı düşünür.

Qeyd edək ki, 2019-cu ilin maliyyə hesabatına görə, Bankın kredit portfeli proqnozlaşdırılandan 92,6%, yaxud 985 mln avro az, yəni 1,064 mlrd avro təşkil edib.

Bildirək ki, Banka üzv olan 11 ölkədən biri olan Azərbaycanın bu maliyyə qurumundakı kapitalı 100 mln avrodur. Bu isə 1 mlrd 990 mln avroluq kapitala malik BSTDB-nin ümumi kapitalının 5,03%-i deməkdir.

Son xəbərlər

Orphus sistemi