“Qala Sığorta” ASC-nin baş mühasibi dəyişib.
“Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Elmar Valeh oğlu İslamı Rüfət Sahib oğlu Sahibsoy əvəz edib.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 91,11%-lik səhmdarı) məxsusdur.