"Qala Həyat Sığorta" nizamnamə kapitalını artırıb

Maliyyə
  • 11 oktyabr, 2016
  • 08:05
Qala Həyat Sığorta nizamnamə kapitalını artırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC nizamnamə kapitalını 2,464 mln. manat və ya 32,65% artıraraq 10,01 manata çatdırıb.

"Report"un əldə etdiyi məlumata görə, kapital artımı Şirkətin dövriyyədə olan 3 500 səhminin nominal dəyərinin 2 156 manatdan 2 860 manata qədər artırılması hesabına baş tutub.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun səhmlərinin 88,57%-i "AzRe Təkrarsığorta" ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur.