“Qala Həyat Sığorta"nın xalis mənfəəti 5 %-ə yaxın artıb
- 18 mart, 2025
- 16:50
“Qala Həyat Sığorta" ASC 2024-cü ili 8,318 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,7 % çoxdur.
Ötən il “Qala Həyat Sığorta"nın gəlirləri 27,662 milyon manat (əvvəlki ilə nisbətən 9,7 % çox), xərcləri 17,265 milyon manat (13 % çox), mənfəət vergisi ödəmələri isə 2,079 milyon manat (4,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta"nın aktivləri 44,244 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,1 % artaraq 18,61 milyon manata, balans kapitalı isə 0,4 % artaraq 25,634 milyon manata çatıb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,042 milyon manatdır. Onun səhmlərinin 50 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.