“Qala Həyat Sığorta”nın səhmdarlarından biri payını satıb

“Qala Həyat Sığorta”nın səhmdarlarından biri payını satıb Nizami Məmməd oğlu Mahmudovun payını "Quna" MMC alıb
Maliyyə
20 İyul , 2017 14:34
“Qala Həyat Sığorta”nın səhmdarlarından biri payını satıb

Bakı. 20 iyul. REPORT.AZ/ “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 8,89%-nə nəzarət edən Nizami Məmməd oğlu Mahmudov payını satıb.

“Report” xəbər verir ki, onun payını “Quna" MMC alıb.

Şirkətin səhmlərinin qalan 91,11%-i isə əvvəlki kimi “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur. 

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,87 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi