“Qafqaz-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 21 may, 2024
  • 08:05
“Qafqaz-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 40 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,6 % çoxdur.

Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 50 min manat (əvvəlki ilə nisbətən 2 % çox), mənfəət vergisi ödəmələri isə 10 min manat (eyni qalıb) təşkil edib.

Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,178 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Bunun 1,008 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 14,5 % böyüyüb.

Hesabat dövründə “Qafqaz-Kredit”in öhdəlikləri 43,7 % azalaraq 94 min manata düşüb, balans kapitalı isə 7,4 % artaraq 1,085 milyon manata çatıb.

Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor, 33,3%), Xalisə Əminova (33,4%) və Züleyxa Rəsulovadır (33,3%).

44 filmi