"Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın əmanətçilərinə 15 mln. manat kompensasiya ödəniləcək

"Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın əmanətçilərinə 15 mln. manat kompensasiya ödəniləcək Bu prosesdə agent qismində bağlanmış bankların özləri çıxış edəcək
Maliyyə
22 Avqust , 2016 12:12
Qafqaz İnkişaf Bankı və Atrabankın əmanətçilərinə 15 mln. manat kompensasiya ödəniləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Sığorta hadisəsi baş vermiş "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin qorunan əmanətçilərinə ödəniləcək kompensasiyanın ilkin məbləği məlum olub. Bu barədə "Report"a Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə təxminən 1,5 mln. manat, "Atrabank"ın əmanətçilərinə isə təxminən 13,9 mln. manat kompenasiya ödənilməlidir. Başqa sözlə, iki bankda kompensasiya ediləcək əmanətlərin ümumi məbləği 15,4 mln. manatdır.

ADİF rəhbəri onu da qeyd edib ki, əmanətçilərə kompensasiya ödəmək üçün agent-bank qismində bu dəfə də bankların özləri çıxış edəcək: "Ödəniləcək məbləğ elə də böyük deyil, buna görə də digər bankları bu prosesə cəlb etmədik. Artıq əmanətçilərdən müraciətlər qəbul edilir və bir qədər sonra ödənişə başlanacaq".

Son xəbərlər

Orphus sistemi