“Qafqaz İnkişaf Bankı”nın kreditorlarının bir qismi açıqlanıb
Maliyyə
- 16 may, 2017
- 11:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarının bir qismi məlum olub.
“Report”un məlumatına görə, bu, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “PAŞA Holdinq”ə daxil olan “PAŞA Bank”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər və “Amrah Sığorta” ASC-dir.
Qeyd edək ki, bu gün “Qafqaz İnkişaf Bankı”ında yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir. İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub. İclası ADIF-in icraçı direktoru Azad Cavadov aparır.
Son xəbərlər
10:08
Gürcüstanın DTX-nin rəisi Bakıya səfər edib
Digər
10:08
Bakıda bir neçə yolda təkmilləşdirmə işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Hadisə
10:04
Marşal Adaları FIFA-ya üzv olmaq istəyir
Futbol
10:03
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, Məleykə Abbaszadə rektor təyin olunub
Elm və təhsil
10:00
Foto
Səbinə Əliyeva COP31-də Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib
Digər
10:00
Foto
Video
"Vredestein" də Azərbaycanda "Radius"u seçdi!
Biznes
09:58
Tramp və Si Cinpin Şençjendə danışıqlara başlayıblar
Digər ölkələr
09:57
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İnfrastruktur
09:55
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilir
Xarici siyasət