“PSA Group” gəlirlərini artırıb

Maliyyə
  • 27 fevral, 2020
  • 06:55
“PSA Group” gəlirlərini artırıb
google.az

Avropanın və Fransanın aparıcı nəqliyyat vasitələri istehsalçısı “PSA Group”un 2019-cu ildə gəlirləri 2018-ci illə müqayisədə 1% artaraq 74,731 milyard avroya çatıb. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, bunun 58,943 milyard avrosu avtomobil istehsalından əldə olunub. Bu isə illik müqayisədə 0,7% çoxdur.