“Premier Credit” aktivlərini 47% artırıb

Maliyyə
  • 08 dekabr, 2016
  • 07:10
“Premier Credit” aktivlərini 47% artırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ “Premier Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) aktivləri 2016-cı ilin ilk yarısında 1,285 mln. manat və yaxud 46,9% artaraq iyulun 1-nə 4,024 mln. manat təşkil edib. Bu barədə “Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

“Premier Credit”in aktivlərinin 3,503 mln. manatını və yaxud 87%-ni fiziki şəxslərə və fərdi sahibkarlara verilmiş kreditlər təşkil edib. Yarım il ərzində bu göstərici 40% artıb.

Yanvar-iyun aylarında BOKT-un məcmu öhdəlikləri 1,34 mln. manat və ya 57,5% artaraq 3,668 mln. manat, məcmu kapitalı isə 13% azalaraq 356 min manat olub. Əvəzində, kredit təşkilatının nizamnamə kapitalı 10 min manat artırılaraq 310 min manata çatdırılıb.

Hesabat dövründə “Premier Credit”in faiz gəlirləri 249 min manat, faiz xərcləri 121 min manat, qeyri-faiz gəlirləri 640 min manat, qeyri-faiz xərcləri isə 707 min manat təşkil edib. Bununla da, BOKT ilk yarımilliyi 61 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Premier Credit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri 34%-lə Şəhla Muxtar qızı Mehdiyeva, 33%-lə Validə İlham qızı Əzizova və 33%-lə İlahə Ənvər qızı Bəxşəliyevadır.

Son xəbərlər

Bütün Xəbər Lenti