Bakı. 25 avqust. REPORT.AZ/ Polşa İnvestisiya və Ticarət Agentliyi Səhmdar Cəmiyyəti Azərbaycanda nümayəndəlik açır.
“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Nümayəndəlik Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12 ünvanında qeydiyyatdan keçib. Qanuni təmsilçi Məmmədova Elnarə Elbruz qızıdır.