“PAŞA Sığorta”nın yığımları 54% artıb
Maliyyə
- 18 yanvar, 2017
- 06:14
Bakı. 18 yanvar. REPORT.AZ/ 2016-cı ildə “PAŞA Sığorta” ASC-nin yığımları 100 056 905 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 54,46% çoxdur.
Hesabat dövründə “PAŞA Sığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət il ərzində 47 738 650 manat ödəniş edib. Bu isə əvvəlki ilə nisbətən 59,74% çoxdur.
2016-cı ildə “PAŞA Sığorta” topladığı hər 100 manat sığorta haqqının 47,71 manatını müştərilərə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 46,13% olub.
Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
Son xəbərlər
08:46
Berlində Azərbaycanla Almaniya arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunub
Xarici siyasət08:43
Foto
Daşkənddə Xocalı soyqırımının qurbanları anılıb
Xarici siyasət08:33
Kolumbiyada vulkan püskürməsi fonunda lokal təxliyəyə başlanılıb
Digər ölkələr08:12
İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib
Xarici siyasət08:05
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:35
Kuba ABŞ bayrağı altında üzən katerdə saxlanılanların terror aktı planlaşdırdıqlarını açıqlayıb
Digər ölkələr07:17
Şimali Koreya ölkənin nüvə arsenalını genişləndirmək niyyətindədir
Digər ölkələr06:41
BVF: Tətbiq edilən rüsumlar ABŞ-nin iqtisadi aktivliyini əhəmiyyətli dərəcədə azalda bilər
Digər ölkələr06:07