"PAŞA Sığorta"nın xalis mənfəəti 22 % artıb
- 01 aprel, 2024
- 05:05
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Sığorta" ASC 2023-cü ili 35,489 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 21,5 % çoxdur.
Ötən il "PAŞA Sığorta"nın gəlirləri 315,801 milyon manat (əvvəlki ilə nisbətən 48,8 % çox), xərcləri 271,883 milyon manat (56,4% çox), mənfəət vergisi ödəmələri isə 8,43 milyon manat (7,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə "PAŞA Sığorta"nın aktivləri 317,38 milyon manat olub ki, bu da illik müqayisədə 15,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 18,6 % artaraq 231,885 milyon manata, balans kapitalı isə 7,9 % artaraq 85,494 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.