“PAŞA Sığorta”nın xalis mənfəəti 19% artıb

Maliyyə
  • 31 mart, 2022
  • 05:22
“PAŞA Sığorta”nın xalis mənfəəti 19% artıb

“PAŞA Sığorta” ASC 2021-ci ili 24,634 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 19,4% çoxdur.

Ötən il “PAŞA Sığorta”nın gəlirləri 190,448 milyon manat (əvvəlki ilə nisbətən 7,4% çox), xərcləri 160,247 milyon manat (8,2% çox), mənfəət vergisi ödəmələri isə 5,567 milyon manat (35% az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Sığorta”nın aktivləri 238,828 milyon manat olub ki, bu da illik müqayisədə 6,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11,2% artaraq 163,3 milyon manata çatıb, balans kapitalı isə 1,5% azalaraq 75,528 milyon manata düşüb.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti