"PAŞA Sığorta"nın xalis mənfəəti 18 % artıb

Maliyyə
  • 26 mart, 2025
  • 11:29
PAŞA Sığortanın xalis mənfəəti 18 % artıb

"PAŞA Sığorta" ASC 2024-cü ili 42,031 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 18,4 % çoxdur.

Ötən il "PAŞA Sığorta"nın gəlirləri 346,937 milyon manat (əvvəlki ilə nisbətən 9,9 % çox), xərcləri 299,837 milyon manat (10,3 % çox), mənfəət vergisi ödəmələri isə 5,069 milyon manat (39,9 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Sığorta"nın aktivləri 351,331 milyon manat olub ki, bu da illik müqayisədə 10,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11,8 % artaraq 259,3 milyon manata, balans kapitalı isə 7,6 % artaraq 92,031 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

44 - Tezliklə