​"PAŞA Sığorta"nın daxilolmaları 66% artıb

Maliyyə
  • 16 iyun, 2016
  • 05:58
​PAŞA Sığortanın daxilolmaları 66% artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "PAŞA Sığorta" ASC-nin yığımları 59 578,876 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,7% çoxdur.

Hesabat dövründə "PAŞA Sığorta"nın ödənişləri də artıb. Belə ki, şirkət 5 ay ərzində 17 389,656 min manat həcmində ödəniş həyata keçirib ki, bu da illik müqayisədə 50,5% çoxdur.

Qeyd edək ki, təhlil olunan dövr ərzində "PAŞA Sığorta" topladığı hər 100 manat sığorta haqqının 29,2 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-may aylarında 32,1% olub.