“PAŞA Kapital İnvestisiya Şirkəti”nin aktivləri 2 dəfədən çox artıb

Maliyyə
  • 16 may, 2019
  • 10:33
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin aktivləri 2 dəfədən çox artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 2,2 dəfə artaraq bu il yanvarın 1-nə 2,598 mln. manat təşkil edib.

“Report” bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “PAŞA Kapital”ın cəmi öhdəlikləri 6,2 dəfə artaraq 1,07 mln. manat, cəmi kapitalı isə 49,6% artaraq 1,527 mln. manat olub.

İnvestisiya şirkəti 2018-ci ili 506 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 61,7% çoxdur. 

44 filmi