“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 4 % azalıb
- 26 mart, 2025
- 15:01
“PAŞA Həyat Sığorta” ASC 2024-cü ili 60,472 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,7 % azdır.
Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 578,717 milyon manat (əvvəlki ilə nisbətən 40,3 % çox), xərcləri 501,562 milyon manat (50,6 % çox), mənfəət vergisi ödəmələri isə 16,683 milyon manat (0,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 819,936 milyon manat olub ki, bu da illik müqayisədə 15,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,8 % artaraq 683,63 milyon manata, balans kapitalı isə 21,9 % artaraq 136,307 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.