"PAŞA Həyat Sığorta": "İstiqrazlara 10 mln. manat investisiya yatırmışıq"

"PAŞA Həyat Sığorta": "İstiqrazlara 10 mln. manat investisiya yatırmışıq" Şirkətin ümumi investisiya portfeli 129 mln. manata çatıb
Maliyyə
28 Oktyabr , 2016 11:53
PAŞA Həyat Sığorta: İstiqrazlara 10 mln. manat investisiya yatırmışıq

Bakı. 28 oktyabr. REPORT.AZ/ "PAŞA Həyat Sığorta" ASC indiyə qədər istiqrazlara 10 mln. manat investisiya yatırıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov deyib. 

Onun sözlərinə görə, hazırda "PAŞA Həyat Sığorta" daşınmaz əmlaka investisiya qoyuluşunu dayandırıb: "Məlum risklərə görə daşınmaz əmlaka investisiyaları dayandırmışıq. Amma planda var ki, tezliklə bu investisiyalar bərpa edilsin".

N.İsmayılov qeyd edib ki, Şirkətin ümumi investisiya portfeli son 1 ildə 24%, ilin əvvəlindən isə 17% artaraq 129 mln. manat olub.

Sədr müavini təmsil etdiyi şirkətin topladığı sığorta haqlarının ötən illə müqayisədə 45% artdığını da deyib: "Bu ilin əvvəlindən 61,8 mln. manat sığorta haqqı toplamışıq. Ötən ilin eyni dövründə bu rəqəm 42,5 mln. manat olub. 45% artım var".

Son xəbərlər

Orphus sistemi