"PAŞA Həyat Sığorta" gələcək planlarını açıqlayıb - YENİLƏNİB

"PAŞA Həyat Sığorta" gələcək planlarını açıqlayıb - YENİLƏNİB Şirkət bazara yeni məhsullar çıxarmağı planlaşdırır
Maliyyə
257
28 Oktyabr , 2016 12:47
PAŞA Həyat Sığorta gələcək planlarını açıqlayıb - YENİLƏNİB

İlk xəbər 12:20-də verilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ "PAŞA Həyat Sığorta" ASC bazara yeni məhsullar çıxarmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Şirkətin İdarə Heyətinin (İH) üzvü Rüstəm Məmmədov bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət yeni ildən təhsil sahəsinə fokuslanacaq və fərdi qaydada yeni sığorta məhsulları satacaq: "Məktəblilərin və tələbələrin valideynlərini - atalarını sığortalayacağıq. Bu məhsul təxminən 20 manata başa gələcək. 30 yaşda olan adam bu məbləği ödəməklə 60 min manatlıq sığorta təminat əldə edəcək. Yeni məhsul 5 il müddətinə nəzərdə tutulub". 

R.Məmmədov yeni məhsulun test rejimində satışına gələn aydan, açıq satışına isə yeni ildən başlanacağını bildirib. O, yeni məhsula görə sığorta haqqının və sığorta ödənişinin həm manatla, həm də xarici valyutada həyata keçirilə biləcəyini qeyd edib: "Mümkün sığorta hadisəsi zamanı müştəri sığorta ödənişini həmin günün məzənnəsinə uyğun olaraq manatla da ala biləcək". 

"PAŞA Həyat Sığorta"nın İH-nin sədr müavini Niyaz İsmayılov isə Şirkətin sığorta ehtiyatlarının məbləği barədə məlumat verib. O, bu rəqəmin son 1 ildə 55%, ilin əvvəlindən isə 19% artaraq 107,4 mln. manata çatdığını bildirib. 

Son xəbərlər

Orphus sistemi