“Paşa Bank Gürcüstan"ın xalis mənfəəti 39% azalıb

Maliyyə
  • 25 aprel, 2018
  • 13:23
“Paşa Bank Gürcüstanın xalis mənfəəti 39% azalıb

Bakı. 25 aprel. REPORT.AZ/ "Paşa Bank" ASC-nin Gürcüstandakı törəməsi “Paşa Bank Gürcüstan"ın aktivləri illik müqayisədə 5% artaraq 2018-ci il aprelin 1-nə 277363 min lari təşkil edib.

“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən il Bankın müştərilərə verdiyi kreditlər 21% artaraq 130 945 min lariyə yüksəlib. O cümlədən xalis kreditlər 21% artaraq 128 057 min lariyə çatıb.

Hesabat dövründə "Paşa Bank Gürcüstan"ın cəmi öhdəlikləri 6% artaraq 171 280 min lari olub. Bunun da 20 374 min larisini cari hesab, 37 358 min larisini müddətli depozitlər əhatə edib. Cari hesablarda artım 3 dəfədən çox olduğu halda, müddətli depozitlərdə 17% artım qeydə alınıb.

Bank birinci rübdə 871 min lari xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39% azdır. 

44 filmi