Bakı. 1 mart. REPORT.AZ/ "Paşa Bank" ASC-nin Gürcüstandakı törəməsi “Paşa Bank Gürcüstan"ın aktivləri illik müqayisədə 3,43% azalaraq bu il yanvarın 1-nə 272 804 min lari (təxminən, 188 mln. manat) təşkil edib.
“Report” bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ötən il Bankın müştərilərə verdiyi kreditlər 17,45% artaraq 111 679 min lariyə (təxminən, 77 mln. manat) yüksəlib.
Hesabat dövründə "Paşa Bank Gürcüstan"ın cəmi öhdəlikləri 7,37% azalaraq 165 997 min lari (təxminən, 114 mln. manat), o cümlədən depozit portfeli (maliyyə instituları qaşısında öhdəliklər istisna olmaqla) 26,41% artaraq 58 181 min lari (təxminən, 40 mln. manat) olub.
Bank ötən il 3 453 min lari (təxminən, 2,4 mln. manat) xalis mənfəət əldə edib ki, bu da 2016-cı illə müqayisədə 29,26% azdır.