"Partner Finance" maliyyə vəziyyətini açıqlayıb
- 22 iyul, 2025
- 11:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Partner Finance" QSC 2024-cü ili 935 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 18,2 % çoxdur.
Ötən il "Partner Finance"ın vergiyəqədərki mənfəəti 1,169 milyon manat (əvvəlkii ilə nisbətən 18,2 % çox), mənfəət vergisi ödəmələri isə 234 min manat (18,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Partner Finance"ın aktivləri 13,803 milyon manat olub ki, bu da illik müqayisədə 6,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,8 azalaraq 11,248 milyon manata düşüb, balans kapitalı isə 57,5 % artaraq 2,555 milyon manata çatıb.
Xatırladaq ki, "Partner Finance" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 102 min manatdır. Şirkətin səhmlərinin 49 %-i Anar Nuriyevə, 49 %-i Şamama Qurbanova, 2 %-i isə digər fiziki şəxsə məxsusdur.