Bakı. 10 iyun. REPORT.AZ/ "Parabank" ASC-nin Müşahidə Şurasına (MŞ) yeni üzv seçilib. Bankdan "Report"a verilən məlumata görə, bu, Zaur Məmmədovdur. O, bu vəzifədə MŞ-nın vəfat etmiş üzvü Natiq Ağazadəni əvəz edib.
Qeyd edək ki, Z.Məmmədov hazırda həm də "Bakı Dəmir Beton-7" ASC-nin icraçı direktoru vəzifəsində çalışır.
Bununla da MŞ-nın üzvlərinin sayı yenidən 3-ə çatıb.
Hazırda "Parabank"ın Müşahidə Şurasına Rasim Poladov sədrlik edir. MŞ-nın digər üzvü isə İlham Bağırovdur.