Pandemiya Nyu-York Birjasında əsas indeksləri ucuzlaşdırdı
Maliyyə
- 19 noyabr, 2020
- 02:44
Yeni növ koronavirus infeksiyasının sürətlə yayılması investorlarda gərginlik yaradıb. Nəticədə Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslər sürətlə ucuzlaşıb.
“Report” xəbər verir ki, hərracın sonunda “Dow Jones” Sənaye İndeksi 344,93 bənd (-1,16%) enişlə 29 438,42 bəndə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi də 41,74 bənd (-1,16%) azalma ilə 3 567,79 bəndə geriləyib.
“Nasdaq” Texnologiya İndeksi də 97,74 bənd (-0,82%)geriləyərək 11 801,60 bəndə düşüb.
Bundan başqa, “WTI” markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti 0,70 faiz ucuzlaşaraq 41,71 ABŞ dolları təşkil edib. Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,82% ucuzlaşaraq 1 869,70 ABŞ dollarına ticarət olunub.
Son xəbərlər
05:43
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək
Digər ölkələr05:24
"Hizbullah" İsrail və Livanın razılaşması fonunda tərk-silah olmayacağını açıqlayıb
Digər ölkələr04:51
ABŞ Rusiya mallarına 500 % gömrük rüsumu tətbiq etməyi planlaşdırır
Digər ölkələr04:15
Almaniya, Fransa və Britaniya Ukrayna ilə Rusiya arasında danışıqların başladılmasını müzakirə edir
Digər ölkələr03:34
ABŞ Dövlət Departamenti: İsrail və Livan atəşkəs barədə razılığa gəlib
Digər ölkələr03:11
Türkiyədə fabrikdə baş verən qəzada 3 nəfər həlak olub
Region02:59
ABŞ Konqresi Rusiyaya qarşı sanksiyalar barədə qanun layihəsinin səsverməyə çıxarılmasını dəstəkləyib
Digər ölkələr02:35
Peres seçkilərdə qalib gəlsə, "Real"ın baş məşqçisi Mourinyo olacaq
Futbol02:02