Palata sədri: "Maliyyə sektoru ilə bağlı qeyri-formal Məşvərət Şurası var"

Palata sədri: "Maliyyə sektoru ilə bağlı qeyri-formal Məşvərət Şurası var" Rüfət Aslanlı: "Mövcud problemlərlə bağlı baxışlarımızı rəhbər şəxslərə çatdırırıq"
Maliyyə
4 Noyabr , 2016 12:12
Palata sədri: Maliyyə sektoru ilə bağlı qeyri-formal Məşvərət Şurası var

Bakı. 4 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanın kommersiya bankları və sığorta şirkətlərinin problemlərini müzakirə etmək üçün qeyri-formal Məşvərət Şurası fəaliyyət göstərir. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, Şurada mütəmadi olaraq bank və sığorta şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilir: “Bu görüşlər işgüzar xarakter daşıyır. Biz mövcud problemlərlə bağlı öz baxışlarımızı rəhbər şəxslərə çatdırırıq, onlarla narahatlıq doğuran məqamları müzakirə edirik. Sonuncu belə görüş keçən həftə baş tutub”. 

Son xəbərlər

Orphus sistemi