Özbəkistan qızıl satışını dayandırıb

Özbəkistan qızıl satışını dayandırıb Özbəkistan qızıl satışını yenidən dayandırıb.
Maliyyə
25 Avqust , 2021 11:37
Özbəkistan qızıl satışını dayandırıb

Özbəkistan qızıl satışını yenidən dayandırıb.

“Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, dünya bazarlarında qızılın qiymətinin ucuzlaşması səbəbindən Özbəkistan 2020-ci ilin may ayında qızıl ixracını dayandırıb. Bu ilin may ayında qiymət 1 unsiya üçün 1 900 ABŞ dollarını ötdükdən sonra ölkə qızıl ixracını bərpa edib və təxminən 1,2 milyard, iyun ayında isə 191 milyon ABŞ dolları dəyərində qızıl satıb.

Hazırda dünya bazarında qızılın unsiyasının qiyməti 1 782 ABŞ dollarına düşüb. Bu səbəbdən Özbəkistanın Mərkəzi Bankı qızıl satışını yenidən dayandırmaq haqqında qərar qəbul edib.

2021-ci il avqusun 1-nə olan məlumata görə, Özbəkistanın rəsmi ehtiyat aktivləri 35,1 milyard ABŞ dolları təşkil edib.

Qızılın ehtiyatlardakı payı təxminın 21,5 milyard ABŞ dolları təşkil edir. Bu təxminən 367 ton qızıl deməkdir. Hazırda respublikanın ehtiyatlarında 332,8 ton qızıl toplanıb.

Son xəbərlər

Orphus sistemi