Ötən ay Azərbaycanda 173 xarici şirkət yaradılıb

Ötən ay Azərbaycanda 173 xarici şirkət yaradılıb Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox olub.
Maliyyə
21 Aprel , 2020 15:21
Ötən ay Azərbaycanda 173 xarici şirkət yaradılıb

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox olub.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,8%-i xarici hüquqi şəxslərin yerli nümayəndəliyi və yaxud filialı, 77,3%-i MMC, 0,8%-i SC, 0,2%-i kooperativ və 2,8%-i isə digər təşkilati hüquqi formalarda olub.

Bu ilin mart ayında 173 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə (137) çoxdur.

Bu ilin mart ayında qeydiyyata alınan 173 xarici investisiyalı kommersiya qurumunun 170-nin fəaliyyəti aktiv olub, 3-nün fəaliyyəti dayandırılıb. Mart ayı ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv olunmayıb.

Mart ayında dövlət qeydiyyatına alınan hüquqi şəxslərin 34,6%-i Pakistan, 16,1%-i İran, 18,6%-i Türkiyə, 13,8%-i Hindistan, 8%-i İraq investisiyalı hüquqi şəxslərdir. Martda qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bu ilin mart ayında dövlət qeydiyyatından keçmiş xarici investisiyalı kommersiya hüquqi şəxsin 36,4%-i xidmət, 16,7%-i ticarət, 8,6%-i sənaye, 6,9%-i tikinti, 2,3%-i kənd təsərrüfatı, 1,1%-i nəqliyyat, 2,8%-i rabitə, 24,8%-i digər sahədə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi