Nyu-Yorkdakı hərraclarda yüksəlmə qeydə alınıb

Nyu-Yorkdakı hərraclarda yüksəlmə qeydə alınıb
Maliyyə
30 İyun , 2020 04:33
Nyu-Yorkdakı hərraclarda yüksəlmə qeydə alınıb

ABŞ-da daşınmaz əmlak bazarında canlanma və may ayında yaşayış binalarının satışına dair əməliyyatların 44,3% artması Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərracın işinə müsbət təsir edib.

“Report” xəbər verir ki, hərracın sonunda Dow Jones indeksi 2,19% bahalaşaraq 25 563, 76 bənd, S&P 500 1,36% artaraq 3 050,03 bənd, Nasdaq isə 1,12% yüksələrək 9 866,10 bənd təşkil edib.

“WTI” markalı yüngül neftin avqust fyuçerslərinin qiyməti 39,62 ABŞ dolları təşkil edib.