Nyu-Yorkda indekslər yüksəlib

Nyu-Yorkda indekslər yüksəlib ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inauqurasiya mərasimi Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda indekslərə müsbət təkan verib.
Maliyyə
21 Yanvar , 2021 06:51
Nyu-Yorkda indekslər yüksəlib

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inauqurasiya mərasimi Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda indekslərə müsbət təkan verib.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 0,88 faiz artaraq 31 201,83 bəndə, “S & P 500” indeksi 1,46 faiz artaraq 3 854,21 bəndə, “Nasdaq” elektron birja indeksi isə 2,04 faiz artaraq 13 466,15 bəndə çatıb.

Nyu-York Əmtəə Birjasında “WTI” markalı nefti əvvəlcə 0,64 faiz bahalaşaraq 53,32 ABŞ dollarından satılıb. Lakin hərracın sonunda 0,22 faiz ucuzlaşıb – 53,09 ABŞ dolları.

Son xəbərlər

Orphus sistemi