Nyu-York birjasında azalma baş verib

Nyu-York birjasında azalma baş verib
Maliyyə
22 May , 2020 20:27
Nyu-York birjasında azalma baş verib

Nyu-York Fond Birjasında (NYSE) bugünkü hərracın əvvəlində ABŞ ilə Çin arasında yeni ticarət ziddiyyətlərinə dair gözləntilərin təsirilə başlıca indekslər bir qədər azalıb.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 14,99 faiz bəndi (0,06 faiz) azalaraq 24.459,13 faiz bəndinə, ölkənin 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi 0,26 faiz bəndi (0,01 faiz) azalaraq 2.948,25 faiz bəndinədək, Nasdaq elektron birjası indeksi isə 0,72 fazi bəndi (0,01 faiz) azalaraq 9284,16 faiz bəndinədək geriləyib.

Həmçinin “Brent” markalı neftin qiyməti 32,76 ABŞ dollarından satılıb.

“Çin iqtisadiyyatına təsir edən amillər dünya iqtisadiyyatının dirçəlməsinə ciddi təsir göstərəcək. Bu amillər arasında koronavirus pandemiyasından sonra iqtisadiyyatının ləng dirçəlməsindən tutmuş ABŞ ilə ticarət ziddiyyətlərinin güclənməsinədək müxtəlif məsələlər ola bilər”, - “Principal Global İnvestors” şirkətinin stratregiya departamentinin rəhbəri Sima Şah WSJ-yə bildirib.