Cari ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.
“Report”un araşdırmasına əsasən, nağd kreditlər üzrə faiz dərəcəsi “AFB Bank”da 20%-dən 17%-ə, “BTB Bank”da 18-26%-dən 18-21%-ə, “Expressbank”da 17%-dən 16,15%-ə endirilib.
Biznes kreditləri üzrə faiz dərəcələri hesabat ayında “AFB Bank”da 20%-dən 17%-ə düşürülüb, “Rabitəbank”da 16-23%-dən 16-29%-ə çatdırılıb.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Turanbank” və “Xalq Bank”dadır,
Avtomobil kreditləri – “NBC Bank” **down**
Təmir kreditləri – “Yelo Bank” **down**
Lombard kreditləri – “Amrahbank” **down**
İpoteka kreditləri – “Xalq Bank” **down**
Mikro kreditlər – “Bank Respublika” **down**
Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank” **down**
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib: